“Azərbaycan Avropa Şurası Parlament Assambleyası ilə münasibətlərin inkişafında maraqlıdır. Ancaq bu, qarşılıqlı hörmətə əsaslanmalıdır”.
APA-nın məlumatına görə, bu sözləri Bakıda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqın və məcburi köçkünlər üzrə komitəsinin iclasında çıxış edən Milli Məclisin sədr müavini Valeh Ələsgərov bildirib.
Avropa İttifaqının 2 milyon qaçqının probleminin həllində çətinliklərlə üzləşdiyini söyləyən V. Ələsgərov Azərbaycanın vaxtilə 1 milyondan çox qaçqın və məcburi köçkün problemi ilə üzləşdiyini və onların problemlərinin həlli istiqamətində ciddi işlər gördüyünü vurğulayıb: “Əgər dünya birliyi Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli, ikili standartlardan uzaq mövqe tutsaydı, bu gün dünya belə problemlərlə üzləşməzdi. Bu gün dünya ciddi qaçqın və məcburi köçkün problemi ilə üzləşib. Komitəyə fəaliyyətində uğurlar arzulayıram”.
Valeh Ələsgərov: “AŞPA ilə münasibətlər qarşılıqlı hörmətə əsaslanmalıdır”
15 mart 2017 06:57 (UTC +04:00)
Xarici siyasət
Ərəb Liqasının baş katibi ərəb regionu ilə Azərbaycan arasında iqtisadi və tarixi inteqrasiyanı alqışlayıb
22:55
30 aprel 2024
Ukrayna Ali Radasının nümayəndələri Şəhidlər Xiyabanını ziyarət edib - FOTO
21:47
30 aprel 2024
Azərbaycan və Ermənistan Qazaxıstandakı danışıqlarda iştirakını təsdiqləyib
20:54
30 aprel 2024
Bakıda Polşanın Konstitusiya Günü qeyd olunub
19:56
30 aprel 2024