Bank Of Baku

XİN rəhbəri: Azərbaycan-Aİ dialoqunda çox ciddi canlanmanın şahidiyik

Marqus Tsahna, Ceyhun Bayramov

© APA | Marqus Tsahna, Ceyhun Bayramov

# 22 oktyabr 2025 13:01 (UTC +04:00)

2025-ci ilin əvvəlindən Aİ -Azərbaycan dialoqu kontekstində çox ciddi canlanmanın şahidiyik.

APA xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahkna ilə birgə mətbuat konfransında deyib.

Nazir bu kontekstdə Kaya Kallasın Azərbaycana səfəri və burada keçirdiyi görüşü xatırladıb: “Energetika, genişlənmə məsələləri üzrə Aİ komissarlarının ölkəmizə səfərləri bu dialoqu xeyli canlandırıb. Enerji sahəsində əməkdaşlıq bu gün xeyli genişlənib. 2020-ci ilin sonundan etibarən Azərbaycan Avropa bazarına qaz təchizatına başlayıb, Aİ-nin müraciətindən sonra bu təchizat xeyli artıb. Azərbaycan dünyada boru kəməri ilə qaz təchiz etməkdə lider ölkədir. 14 ölkəyə boru xətti ilə qaz təchiz edilir ki, 10-u Avropa ölkəsidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR