AŞPA həmməruzəçiləri: "Mehman Əliyevin həbsdən buraxılması müsbət haldır"

aspa hemmeruzecileri mehman eliyevin hebsden buraxilmasi musbet haldir

AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda Bakıya səfər öncəsi “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsdən buraxılmasına münasibət bildirib.

 

APA-nın AŞPA-nın saytına istinadən verdiyi xəbərə görə, həmməruzəçilər M. Əliyevin həbsdən azad olunmasını müsbət hal kimi qiymətləndiriblər. 

 

Qeyd edək ki, həmməruzəçilərin sabah Azərbaycana səfəri gözlənilir. Sentyabrın 16-dək davam edəcək səfər zamanı onlar Azərbaycan prezidenti, Prezident Administrasiyasının rəhbəri və ədliyyə naziri ilə görüşəcəklər. Parlamentin sədri və Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə də görüş olacaq.

 

Həmməruzəçilər həmçinin vətəndaş cəmiyyəti üzvləri, jurnalistlər və həbsdə olan şəxslərin vəkilləri ilə görüşmək niyyətindədirlər.

 

Onlar həbsdə olan şəxslərlə fərdi söhbət aparmaq barədə də müraciət ediblər. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • novxanida avtoq za olub xesaret alan var
    Novxanıda avtoqәza olub, xəsarət alan var
  • cocuq mercanli kendinde partlamamis herbi sursat askarlanib
    Cocuq Mərcanlı kəndində partlamamış hərbi sursat aşkarlanıb...
cocuq mercanli kendinde partlamamis herbi sursat askarlanib cocuq mercanli kendinde partlamamis herbi sursat askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Noyabr, 2017

USD
1.7002
 
EUR
1.9959
 
RR
0.0287