Litva Seymində görüş keçirilib

Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə qrupunun sədri Kamran Nəbizadə litvalı həmkarı Valerius Simulik ilə görüşüb.

 

Azərbaycanın Litvadakı səfirliyindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə, Litva Seyminin üzvləri də iştirak ediblər. Litva Seymindəki Azərbaycanla parlamentlərarası əlaqələr üzrə qrupun sədri olan Valerius Simulik bildirib ki, rəhbərlik etdiyi qrup üzvlərinin sayı 66 nəfərdir. Üzvlərinin sayına görə seymdə ən böyük qrupdur. 

 
Kamran Nəbizadə səfərinin məqsədi deputat seçildiyi Azərbaycanın Qazax rayonu ilə Litvanın Trakay rayonu arasında əməkdaşlıq haqqında Sazişin imzalanmasıdır. 

 

Görüş zamanı Azərbaycan və Litva arasında ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələr, regional və beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.
 

Litva Seymindəki Azərbaycanla parlamentlərarası əlaqələr üzrə qrupun üzvləri Litvanın rəsmi mövqeyini təkrarlayaraq, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini vurğulayıblar, Azərbaycanla ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.
 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayda 62 yasli kisi ozunu su kanalina ataraq intihar edib
    Göyçayda 62 yaşlı kişi özünü su kanalına ataraq intihar edib...
  • iranin azerbaycandaki sefiri apa holdinq de olub
    İranın Azərbaycandakı səfiri “APA Holdinq”də olub
iranin azerbaycandaki sefiri apa holdinq de olub iranin azerbaycandaki sefiri apa holdinq de olub +2
MƏZƏNNƏ
FOREX
/ 21 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0209
 
RR
0.0292
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ