Azərbaycan və Britaniya XİN rəhbərləri arasında məktub mübadiləsi həyata keçirilib

azerbaycan ve britaniya xin rehberleri arasinda mektub mubadilesi heyata kecirilib

Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib.

 

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniyadan olan həmkarına ünvanladığı məktubda Azərbaycan və Böyük Britaniyanın ötən illər ərzində xalqlarımız üçün qarşılıqlı fayda verən möhkəm və konstruktiv dialoq qurmağa nail olduğunu qeyd edib, beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında iki ölkənin yaxın əməkdaşlığının davam etdiyini bildirib.

 

E. Məmmədyarov Azərbaycan və Böyük Britaniyanın iqtisadi sahədə əlaqələrinin, xüsusilə BP şirkətinin Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum neft və qaz boru kəmərləri kimi regional enerji layihələrində iştirakının ikitərəfli əməkdaşlığın əsas sütununu təşkil etdiyini vurğulayıb. O, həmçinin ikitərəfli siyasi dialoq və hökumətlərarası birgə iqtisadi komissiya daxil olmaqla, yeni dialoq formatlarının Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.

 

Böyük Britaniya xarici işlər naziri Boris Conson isə E. Məmmədyarova ünvanladığı məktubda ölkəsinin ötən 25 il ərzində Azərbaycanla əməkdaşlığına böyük əhəmiyyət verdiyini bildirib. 2017-ci ilin iki ölkə arasında ikitərəfli əməkdaşlıq baxımdan önəmli il olduğunu vurğulayan B. Conson Azərbaycan və Böyük Britaniyanın enerji sahəsində əməkdaşlığından məmnun olduğunu qeyd edib.

 

O həmçinin ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini dəstəkləməkdə davam etdiyini vurğulayıb.

 

Britaniyalı nazir iki ölkə arasında qarşılıqlı maraq doğuran müxtəlif sahələr üzrə əlaqələrin daha da dərinləşdirilməsi və əməkdaşlığın davamlı olacağına əminliyini ifadə edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:09 25 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • emek miqrasiyasi kvotasinin tetbiqi mexanizminin tekmillesdirilmesi uzre aparilan isler teqdim olunub
    Əmək miqrasiyası kvotasının tətbiqi mexanizminin təkmilləşdi...
  • istanbul metrosunda yangin olub
    İstanbul metrosunda yanğın olub
istanbul metrosunda yangin olub istanbul metrosunda yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 25 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0296
 
RR
0.0295
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ