Azərbaycan XİN rəhbəri: “ÜAK-la bağlı apellyasiya qərarının müsbət yekunlaşacağına ümid edirik”

azerbaycan xin rehberi uak la bagli apellyasiya qerarinin musbet yekunlasacagina umid edirik

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bir müddət öncə Rusiya Xarici İşlər Nazirliyinin erməni soyadları olan Rusiya vətəndaşlarının Bakıya buraxılmasında problemlərin olmasına dair bəyanatına münasibət bildirib.

 

 

APA-nın məlumatına görə, E. Məmmədyarov “RİA Novosti”yə müsahibəsində bildirib ki, bu məlumatların erməni hərbçiləri tərəfindən azyaşlı qızın və nənəsinin qəddarcasına qətlə yetirilməsi ilə eyni vaxta düşməsi Azərbaycan cəmiyyətində geniş emosional rezonansa, habelə ciddi təəccüb və anlaşılmazlığa səbəb olub.

 

 

O qeyd edib ki, Ermənistan tərəfindən 20 faiz ərazinin işğal olunmasının acısını yaşayan Azərbaycan cəmiyyəti haqlı olaraq bu məsələyə xüsusi həssaslıq göstərir. “İlk növbədə danışıqlar prosesini yerindən tərpətmək və ən azı erməni qoşunlarını işğal olunmuş ərazilərdən mərhələli şəkildə çıxarmaq lazımdır. Bu, məcburi köçkünlərə daimi yaşayış yerlərinə qayıtmağa imkan verəcək. Paralel olaraq təhlükəsizlik məsələləri həllin tapacaq, iqtisadi faktor işə düşəcək, insanlarda etimad yaranacaq və bu gün ermənilərlə azərbaycanlılar arasında olan şübhə və inciklik yavaş-yavaş aradan qalxacaq. Əks halda bəzən bizdə belə təəssürat yaranır ki, sanki bizi situasiyanı baş vermiş fakt - fait accompli kimi qəbul etməyə məcbur etmək istəyirlər. Yeri gəlmişkən, erməni əsilli şəxslər – müxtəlif ölkələrin, o cümlədən Ermənistanın vətəndaşları dəfələrlə bu və ya digər səbəblərlə əlaqədar Azərbaycana səfər ediblər. Lakin bütün bunlar əvvəlcədən razılaşdırılmış, hazırlanmış və təşkil edilmiş səfərlər olub. Bu hallarda heç bir problem olmayıb. Biz bunu Rusiya tərəfinin diqqətinə diplomatik kanallar vasitəsi ilə çatdırmağa çalışmışıq”.

 

 

Ümumrusiya Azərbaycan Konqresinin ləğvi məsələsinə gəldikdə isə E. Məmmədyarov qeyd edib ki, Azərbaycan tərəfi dəfələrlə müxtəlif səviyyələrdə məsələyə münasibət bildirib:  “Bu təşkilat iki ölkə arasında humanitar və digər sahələrdəki əlaqələrin inkişafında vacib əlaqələndirici rol oynayıb. Məlumatımıza görə, ÜAK ona irad tutulan hüquqi çatışmazlıqları aradan qaldırıb. Ona görə də apellyasiya qərarının müsbət yekunlaşacağına ümid edirik”.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

23:25 19 Sentyabr
13:02 19 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • meksikada guclu zelzele bas verib azi 42 nefer olub yenilenib
    Meksikada güclü zəlzələ baş verib, azı 42 nəfər ölüb - YENİL...
  • fhn salyanda 4 qadinin olumu ile neticelenen qeza ile bagli melumat yayib yenilenib 2
    FHN Salyanda 4 qadının ölümü ilə nəticələnən qəza ilə bağlı ...
fhn salyanda 4 qadinin olumu ile neticelenen qeza ile bagli melumat yayib yenilenib 2 fhn salyanda 4 qadinin olumu ile neticelenen qeza ile bagli melumat yayib yenilenib 2 +2
MƏZƏNNƏ
FOREX
/ 20 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0368
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ