Bakıda “Asiyanın Qəlbi-İstanbul Prosesi"ndə iştirak edən dövlətlərin yüksək vəzifəli rəsmilərinin iclası keçirilir

Bakıda "Asiyanın Qəlbi-İstanbul Prosesi"ndə iştirak edən dövlətlərin yüksək vəzifəli rəsmilərinin iclası keçirilir.

 

APA-nın məlumatına görə, iclasda çıxış edən Azərbaycan XİN-in Beynəlxalq Təhlükəsizlik Departamentinin rəisi Qaya Məmmədov Azərbaycanın bu prosesə 2012-ci ildən qoşulduğunu və bu il "İstanbul prosesi"nə həmsədrlik etdiyini deyib.

 

O, iclasda görülmüş işlərlə bağlı hesabatların veriləcəyi və gələcək fəaliyyət istiqamətlərinin müzakirə olunacağını deyib.

 

Daha sonra çıxış edən Əfqanıstan xarici işlər nazirinin müavini Hikmət Xəlil Kərzayi ölkəsinin və Əfqanıstanın vacib tərəfdaşı kimi Azərbaycanın bu il "Asiyanın Qəlbi- İstanbul prosesi"nə həmsədrlik etdiyini bildirib: "Azərbaycan bizim birgə səylərimizin dəstəkləməsində vacib rol oynayır. Proses iştirakçısı olan ölkələrin xarici işlər nazirlərinin bu ilin sonunda keçirilməsi nəzərdə tutulan görüşünün təşkilinə görə Azərbaycana təşəkkür edirik. Həmçinin Hindistana ötənilki yaxşı sədrliyə görə təşəkkür edirik. Proses ölkələri regionda iqtisadi layihələri və ticarəti gücləndirməlidir. Həmçinin ölkələr arasında siyasi dialoqu təbliğ etmək vacibdir. Əminəm ki, bu proses Əfqanıstan və proses iştirakçısı olan digər ölkələrdə sülh və stabilliyin təmin olunmasında böyük rol oynayacaq".

 

Hikmət Xəlil Kərzayi Azərbaycanın Əfqanıstanda sülh və əmin-amanlığın təmin olunmasında böyük rol oynadığını da qeyd edib.

 

İclas daha sonra qapalı davam etdirilib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:30 20 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mudafie nazirliyinde pakistan herbi hava quvvelerinin numayende heyeti ile gorus kecirilib
    Müdafiə Nazirliyində Pakistan Hərbi Hava Qüvvələrinin nümayə...
  • sumqayitda zavod erazisinde yangin olub
    Sumqayıtda zavod ərazisində yanğın olub
sumqayitda zavod erazisinde yangin olub sumqayitda zavod erazisinde yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 20 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0421
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ