Energetika naziri: "Bolqarıstan hər zaman Cənubi Qaz Dəhlizi layihəsini dəstəkləyir"

energetika naziri bolqaristan her zaman cenubi qaz dehlizi layihesini destekleyir

Bolqarıstan və Azərbaycan 25 illik əməkdaşlıqdan sonra da əməkdaşlığın bütün sahələrinin aktiv inkişafı üçün birgə işləyəcək.

 

APA-nın Bolqarıstanın “Focus” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Sofiyada keçirilən “Bolqarıstan-Azərbaycan: diplomatik əlaqələrin 25 illiyi. İkitərəfli tərəfdaşlığın və çoxtərəfli əməkdaşlığın perspektivləri” adlı konfransda çıxışı zamanı deyib. O bildirib ki, Bolqarıstan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub və əlavə edib ki, iki ölkə arasında əlaqələr hələ Sovet İttifaqı dövründə başlayıb: “Bizim ölkələr fərqli olsa da, ortaq xüsusiyyətlərə malikdirlər. Hər iki ölkə  əhəmiyyətli, ciddi siyasi və iqtisadi dəyişikliklər yaşayıb. Bolqarıstan avroatlantik sistemə daxil olaraq genişmiqyaslı dəyişikliklərə başlayıb. Azərbaycan bazar iqtisadiyyatı quraraq energetika və nəqliyyata sahələrində bir sıra razılaşmalar imzalayıb. Bu, həm mənim ölkəm, həm də bütün region üçün iqtisadi imkanlara yol açır”.

 

Səfir qeyd edib ki, Azərbaycanla Bolqarıstan arasında münasibətlər son illərdə strateji tərəfdaşlıq səviyyəsinə qalxıb və hər iki ölkənin məqsədi qarşılıqlı maraq kəsb edən sahələrdə bu əlaqələri daha da inkişaf etdirməkdir.

 

Öz növbəsində Bolqarıstanın energetika naziri Temenuzka Petkava bildirib ki, iki ölkə arasında əlaqələr aktiv inkişaf etdirilir və Azərbaycan Bolqarıstanın strateji tərəfdaşıdır: “Bolqarıstan hər zaman Cənubi Qaz Dəhlizi layihəsini dəstəkləyir və aktiv iştirak edir. Bununla yanaşı, Bolqarıstanın daxil olduğu bir neçə digər layihələr var. Bunlara Yunanıstan-Bolqarıstan və Türkiyə-Bolqarıstan birləşdirici xətləri daxildir. Bir neçə il əvvəl Bolqarıstan-Yunanıstan birləşdirici boru xətti ilə bağlı narahatlıqlar var idi. Bir neçə ildir bu sahədə ciddi irəliləyiş var. Bu, tərəfdaşımız olan Azərbaycan olmadan mümkün olmazdı. Bizim hökumət Azərbaycanla Bolqarıstan arasında əlaqələrin bütün sahələrdə inkişafı üçün aktiv işləməyə davam edəcək”. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xizida 26 gun erzinde 8 064 eded partlamamis herbi sursat askarlanib
    Xızıda 26 gün ərzində 8 064 ədəd partlamamış hərbi sursat aş...
  • bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib
    Bakıda Çexiyanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul k...
bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0209
 
RR
0.0292
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ