Çin lideri Azərbaycan prezidentini təbrik edib

cin lideri azerbaycan prezidentini tebrik edib

Çin Xalq Respublikasının sədri Si Cinpin İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

 

APA-nın məlumatına görə, təbrikdə deyilir:

 

“Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyinizi eşidəndə çox sevindim. Sizə ən səmimi təbriklərimi çatdırmağı özümə şərəf bilirəm. Çin ilə Azərbaycan əməkdaşlıq sahəsində ənənəvi dost tərəfdaşlardır. Diplomatik münasibətlər qurulduqdan sonra hər iki tərəfin siyasi etimadı daim möhkəmlənir, bütün sahələrdə praqmatik əməkdaşlıq dərinləşir, iki ölkənin münasibətləri davamlı inkişaf edir. Mən Çin ilə Azərbaycan arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm. Bütün sahələrdə əməkdaşlığı Sizin ilə birlikdə xalqlarımızın rifahı naminə yeni səviyyəyə yüksəltmək istəyirəm.

 

Bu yaxınlarda Azərbaycan tərəfi Şanxay Əməkdaşlıq Təşkilatına müşahidəçi dövlət kimi üzv olmaq üçün ərizə verib. Çin tərəfi Azərbaycan tərəfinin ərizəsinə böyük əhəmiyyət verir və ŞƏT-in iştirakçısı olan digər ölkələrlə birlikdə onu vahid razılıq əsasında nəzərdən keçirəcək. Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyət, ali dövləti vəzifənizdə daim böyük uğurlar qazanmağı arzu edirəm. Dövlətinizə tərəqqi, xalqınıza firavanlıq diləyirəm”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:07 22 Aprel
Video
12:28 21 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goranboyda mikroavtobus vaz la toqqusub 3 nefer xesaret alib yenilenib
    Goranboyda mikroavtobus "VAZ"la toqquşub, 3 nəfər xəsarət al...
  • tbiliside enenevi cay festivali kecirilib
    Tbilisidə ənənəvi Çay festivalı keçirilib
tbiliside enenevi cay festivali kecirilib tbiliside enenevi cay festivali kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Aprel, 2018

USD
1.7
 
EUR
2.0981
 
RR
0.0279