Elmar Məmmədyarov ABŞ Yəhudi Təşkilatları Prezidentləri Konfransının nümayəndəsini qəbul edib

elmar memmedyarov abs yehudi teskilatlari prezidentleri konfransinin numayendesini qebul edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədrinin müavini Malkolm Honlaynı qəbul edib

 

APA-nın XİN-in saytına istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlığın perspektivləri, həmçinin ABŞ-ın yəhudi icması ilə əlaqələrə dair fikir mübadiləsi aparılıb. M. Honlayn Azərbaycana öncəki səfərlərini xatırlayaraq ölkənin ildən-ilə müxtəlif sahələrdə inkişafının təqdirəlayiq hal olduğunu bildirib. O, tarixən yəhudi icmasının Azərbaycanda sülh şəraitində yaşadığını və cəmiyyətə inteqrasiya etdiyini söyləyib, bu istiqamətdə Azərbaycan hökuməti tərəfidən görülmüş işlərə görə təşəkkürünü ifadə edib.

 

 E.Məmmədyarov mövcud çağırışlar fonunda Azərbaycanda müxtəlif konfessiyaların nümayəndələrinin sülh şəraitində birgə yaşayışının nümunəvi xarakter daşıdığını deyərək Azərbaycan hökuməti tərəfindən mədəniyyət və dinlərarası dialoqun təşviq edilməsinə xüsusi diqqət yetirildiyini vurğulayıb.

 

Görüşdə beynəlxalq və regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayda 62 yasli kisi ozunu su kanalina ataraq intihar edib
    Göyçayda 62 yaşlı kişi özünü su kanalına ataraq intihar edib...
  • iranin azerbaycandaki sefiri apa holdinq de olub
    İranın Azərbaycandakı səfiri “APA Holdinq”də olub
iranin azerbaycandaki sefiri apa holdinq de olub iranin azerbaycandaki sefiri apa holdinq de olub +2
MƏZƏNNƏ
FOREX
/ 21 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0209
 
RR
0.0292
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ