Milli Məclisin nümayəndə heyətinin Belarusa səfəri başa çatıb

milli meclisin numayende heyetinin belarusa seferi basa catib

Minsk şəhərində rəsmi səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarus Respublikasının baş naziri Andrey Kobyakovla görüşüb.

 

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, A. Kobyakov bildirib ki, Azərbaycan bölgədə Belarusun ən etibarlı dostu və strateji müttəfiqidir. O deyib ki, son illər maşınqayırma, kənd təsərrüfatı texnikası və informasiya texnologiyaları istiqamətində əməkdaşlıq yüksələn xətlə inkişaf edir. O. Əsədov isə Azərbaycanla Belarus arasında mövcud olan iqtisadi, ticari, elmi, mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, Minsk traktor zavodunun Gəncə Avtomobil Zavodunda istehsal olunan traktor və avtomobilləri Azərbaycan vasitəsilə Türkiyə bazarına çıxarılacaq.

 

Oqtay Əsədov Belarus Respublika Şurasının sədri Mixail Myasnikoviç və Belarus parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko ilə də görüşüb. Tərəflər Azərbaycan nümayəndə heyətinin Minskə rəsmi səfərinin yekununa dair Bəyannamə imzalayıblar. Bəyannamədə Azərbaycan və Belarus parlamentlərinin iki ölkə arasında iqtisadi-ticari, mədəni, elmi, təhsil sahələrində əlaqələrin inkişafına töhfələri qeyd olunub.

 

Səfər çərçivəsində nümayəndə heyəti Böyük Vətən Müharibəsi Muzeyində olub. O. Əsədov muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

 

Nümayəndə heyəti Minskdə Azərbaycan Ticarət Evinin fəaliyyəti ilə də tanış olub.

Minskdə keçirilən tədbirlərdə Milli Məclisin komitə sədrləri Ziyad Səmədzadə, Fuad Muradov, deputatlar Xanlar Fətiyev, Ülviyyə Ağayeva, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov və digər rəsmi şəxslər iştirak ediblər. Səfər başa çatıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

19:09 09 Dekabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qaradagda yangin olub
    Qaradağda yanğın olub
  • bakida tikilmekde olan bina ucub
    Bakıda tikilməkdə olan bina uçub
bakida tikilmekde olan bina ucub bakida tikilmekde olan bina ucub +2
MƏZƏNNƏ
FOREX
/ 11 Dekabr, 2017

USD
1.7
 
EUR
1.9995
 
RR
0.0287