Moldova nümayəndəsi: “Münaqişələrin həlli ilə bağlı konkret həll yolu tapmalıyıq”

moldova numayendesi munaqiselerin helli ile bagli konkret hell yolu tapmaliyiq

“Biz dondurulmuş münaqişələrin həlli ilə bağlı konkret həll yolu tapmalıyıq. Bu, konkret olaraq Moldovanın, Azərbaycanın, Gürcüstanın və Ukraynanın məruz qaldığı münaqişələrə aiddir”.

 

APA-nın məlumatına görə, bunu Moldovanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Sergey Sirbu ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun Bakıda keçirilən beynəlxalq konfransında deyib. O bildirib ki, İpək Yolu Dəstək Qrupunun prioritetlərindən biri bu olmalıdır: “Biz artıq konkret addımlar atmalıyıq. Əks halda, bu münaqişələr İpək Yolu üzərində birgə layihələrə ciddi əngəllər yaradacaq. İpək Yolu iqtisadi kəməri imkan verəcək ki, iqtisadi layihələr fəallaşsın. Məsələn, bu, Dnestryanı əraziyə də aiddir. Moldova hökuməti bütün rıçaqlarını işə salır ki, Dnestryanı ərazini də əhatə etsin. Amma bəzi siyasi suallar var ki, bu işlərin nəticə verməsi üçün tam həll olunmalıdır. Mən ümid edirəm ki, İpək Yolu layihəsi bu problemlərin həllinə dəstək verəcək”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tbilisinin meshur restoranlarindan birinde yangin bas verib yenilenib
    Tbilisinin məşhur restoranlarından birində yanğın baş verib ...
  • beynelxalq sergiler burosu missiyasinin bakiya seferinin yekunlarina dair metbuat konfransi kecirilib
    Beynəlxalq Sərgilər Bürosu missiyasının Bakıya səfərinin yek...
beynelxalq sergiler burosu missiyasinin bakiya seferinin yekunlarina dair metbuat konfransi kecirilib beynelxalq sergiler burosu missiyasinin bakiya seferinin yekunlarina dair metbuat konfransi kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Aprel, 2018

USD
1.7
 
EUR
2.1043
 
RR
0.028