MSK sədri Avropa Şurasının nümayəndə heyəti ilə görüşüb

msk sedri avropa surasinin numayende heyeti ile gorusub

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Azərbaycanda səfərdə olan Avropa Şurasının Siyasi Məsələlər Direktorluğunun rəhbəri Aleksandr Qesselin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
MSK-dan APA-ya verilən xəbərə görə, M. Pənahov MSK-nın nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası və onun müxtəlif qurumları ilə çoxillik əlaqələrindən söhbət açıb. O deyib ki, komissiya beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığa hər zaman xüsusi önəm verir və bu cür əlaqələrin davam etdirilməsi seçki praktikasının daha da təkmilləşdirilməsində mühüm əhəmiyyət kəsb edir.
 
A. Qessel isə son illər Azərbaycanda keçirilən seçkilərdə davamlı inkişafa nail olunduğunu vurğulayıb və Azərbaycanın seçki (referendum) sistemi, seçki praktikasının daha da təkmilləşdirilməsi istiqamətində görülmüş işlər və siyasi partiyaların illik maliyyə hesabatlarının təqdim edilməsi ilə bağlı MSK tərəfindən nəzərdə tutulan layihələrlə maraqlanıb.
 

M. Pənahov sualları cavablandıraraq ölkənin seçki və referendum sistemi, seçki qanunvericiliyinin daha da inkişaf etdirilməsi üçün həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. O bildirib ki, seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi, vətəndaşların konstitusion hüquqlarının daha səmərəli təmin olunması üçün Azərbaycanda demokratik mühit mövcuddur. Sədr əlavə edib ki, MSK siyasi partiyaların illik maliyyə hesabatları ilə əlaqədar geniş fəaliyyət planı hazırlayıb və beynəlxalq təşkilatların da iştirakı ilə həyata keçirir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:30 20 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mudafie nazirliyinde pakistan herbi hava quvvelerinin numayende heyeti ile gorus kecirilib
    Müdafiə Nazirliyində Pakistan Hərbi Hava Qüvvələrinin nümayə...
  • sumqayitda zavod erazisinde yangin olub
    Sumqayıtda zavod ərazisində yanğın olub
sumqayitda zavod erazisinde yangin olub sumqayitda zavod erazisinde yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 20 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0421
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ