Novruz Məmmədov: "Xarici siyasətin çevikliyi Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə çevirib"

novruz memmedov xarici siyasetin cevikliyi azerbaycani cenubi qafqazin lider dovletine cevirib

”Artıq dünyanın müxtəlif ölkələrində Azərbaycan xalqı və dövlətinin maraqlarını müdafiə edə biləcək beynəlxalq himayə mexanizmi yaranıb”. 

 

APA-nın məlumatına görə, bu barədə President Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində yazıb.

 

O qeyd edib ki, dövlətin xarici siyasətində indi də bu prosesi inkişaf etdirmək mühüm yer tutur: “Ölkəmiz demək olar ki, bütün beynəlxalq qurumlarda intensiv fəaliyyət göstərir. Bu fəaliyyətin nəticəsində dünyada Azərbaycanın dövlət kimi müsbət obrazı formalaşıb və bu təsəvvür artıq oturuşub. Hesab etmək olar ki, bu, Azərbaycanın xarici siyasətinin ən sanballı uğurlarından biridir. Azərbaycanın xarici siyasəti qarşısında duran vəzifələrin yerinə yetirilməsi nəticəsində regionda və qlobal miqyasda əsas geosiyasi güclərin maraqlarının tarazlaşdırılması addım-addım reallaşır. Bu, həmin dövlətlərin heç birinin təsiri altına düşmədən Azərbaycanın dövlət maraqlarını təmin etmək şansı verir.

 

Hətta Cənubi Qafqazın ən böhranlı dövrlərində belə Azərbaycan çevik reaksiyalar hesabına həmin tarazlığı saxlaya bilib. Bu da xarici siyasətin qlobal təhlükəsizlik meyarları ilə regional təhlükəsizlik meyarları arasında uzlaşma nöqtələrini tapa bildiyini sübut edir. Xarici siyasətin çevikliyi Azərbaycanı ötən müddət ərzində Cənubi Qafqazın lider dövləti səviyyəsinə qaldırıb. Ölkə 20 ildən bir qədər artıq müddətdə enerji sahəsində beynəlxalq əhəmiyyətli iki layihənin təməlini qoyub, regional və qlobal miqyasda enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilib. Azərbaycan perspektivli iqtisadi əməkdaşlığın, multikulturalizmin, mədəniyyətlər və dinlərarası dialoqun sivil modelini təklif edən dövlət kimi qəbul edilir”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:12 19 Avqust
Video
18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida kobud qayda pozuntusuna yol veren 350 surucu cerimelenib
    Bakıda kobud qayda pozuntusuna yol verən 350 sürücü cərimələ...
  • azerbaycan nefti 1 bahalasib
    Azərbaycan nefti 1% bahalaşıb
azerbaycan nefti 1 bahalasib azerbaycan nefti 1 bahalasib +2
MƏZƏNNƏ
FOREX
/ 19 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ