Polad Bülbüloğlu: "Rus dilinin təbliği gücləndirilməlidir"

"Rus dili postsovet məkanını birləşdirən sementdir. Qeyd etməliyəm ki, rus dilinin bizim ölkələrdə təsiri çox böyükdür. Konkret olaraq bizim ölkəni, Azərbaycanı göstərə bilərəm. Azərbaycanda kifayət qədər sanballı rus dilli saytlar var, onlar oxunan saytlardır. Ölkəmizdə fəaliyyət göstərən informasiya agentliklərinin rus versiyaları fəaliyyət göstərir".

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya paytaxtında keçirilən Rusdilli Yayımçıların Beynəlxalq Forumunda çıxış edən Azərbaycanın Rusiyadakı səfiri, MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun sədri Polad Bülbüloğlu bildirib.

 

Azərbaycanda rus dilinin tədrisinin səviyyəsinin yüksək olduğunu vurğulayan diplomat ölkədə 300-dən çox orta məktəbdə rus dilinin tədris olunduğunu söyləyib: "Praktiki olaraq bütün ali məktəblərin rus dilli bölməsi var. Bundan başqa Bakı Slavyan Universiteti, Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialları fəaliyyət göstərir. Ona görə də Azərbaycanda rus dilli məkanın olduqca geniş seqmenti və böyük təsiri var. Mən, MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun sədri kimi, bir vacib məsələni qeyd etmək istəyirəm. Bu, rus dilinin keyfiyyəti məsələsidir. Təəssüflər olsun ki, radiolarda səslənən rus dilinin keyfiyyəti aşağıdır. Fikrimcə, bu gün keçirilən beynəlxalq forumda qaldırılan əsas məsələlərdən biri məhz rus dilinin keyfiyyəti məsələsi olmalıdır. Mənə elə gəlir ki, postsovet ölkələri rus dilinin təbliğinin gücləndirilməsində dəstəyə  ehtiyacı duyur. Bütün dünyada British Counsil ingilis dilinin təbliğatı ilə məşğuldur, eyni ilə Höte İnstitutu alman dilini təbliğ edir. Hesab edirəm ki, rus dilinin təbliğinə da diqqəti gücləndirmək lazımdır. Gənc nəslin rus dilinə marağını artırmaq lazımdır ki, onlar bu dili öyrənsinlər. Bu çox ciddi problemdir".

 

Qeyd edək ki, Rusdilli Yayımçıların Beynəlxalq Forumunun açılışında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyov, Rusiya Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və əlaqələri komitəsinin sədri Leonid Levin və digərləri çıxış ediblər.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tbilisinin meshur restoranlarindan birinde yangin bas verib yenilenib
    Tbilisinin məşhur restoranlarından birində yanğın baş verib ...
  • beynelxalq sergiler burosu missiyasinin bakiya seferinin yekunlarina dair metbuat konfransi kecirilib
    Beynəlxalq Sərgilər Bürosu missiyasının Bakıya səfərinin yek...
beynelxalq sergiler burosu missiyasinin bakiya seferinin yekunlarina dair metbuat konfransi kecirilib beynelxalq sergiler burosu missiyasinin bakiya seferinin yekunlarina dair metbuat konfransi kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Aprel, 2018

USD
1.7
 
EUR
2.1043
 
RR
0.028