QMİ sədri Gürcüstan parlamentinin sədri ilə görüşüb

Tiflisdə səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri, Hacı Allahşükür Paşazadə Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze ilə görüşüb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, İ. Kobaxidze bu gün Kutaisidə parlamentin iclasını təxirə saldığını və A. Paşazadə ilə görüşə gəldiyini bildirib.

 

Parlament sədri A. Paşazadənin II İliya ilə dostluğu barədə məlumatlı olduğunu bildirib. O, A. Paşazadənin Azərbaycanda gürcü dindarları üçün mühüm işlər gördüyünü bildirib: “Xalqlarımız arasında çoxəsrlik tarixi əlaqələr var”.

 

Parlament sədri Qafqazda sülh və əmin-amanlığın təmin edilməsində A. Paşazadənin və II İlyanın səylərini qeyd edib.

 

İ. Kobaxidze azərbaycanlı deputatların Gürcüstan parlamentinin işində fəal olduqlarını qeyd edib.

 

A. Paşazadə isə Gürcüstanın son bir neçə ildə sürətlə inkişaf etdiyini, ölkədə məscidlərin tikildiyini vurğulayıb. Regional məsələlərdən danışan QMİ sədri bölgədə mövcud münaqişələrin sülh yolu ilə həllinin vacibliyini önə çəkib.

 

Görüşdə Azərbaycan səfiri Dursun Həsənov da iştirak edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:12 19 Avqust
Video
18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida kobud qayda pozuntusuna yol veren 350 surucu cerimelenib
    Bakıda kobud qayda pozuntusuna yol verən 350 sürücü cərimələ...
  • azerbaycan nefti 1 bahalasib
    Azərbaycan nefti 1% bahalaşıb
azerbaycan nefti 1 bahalasib azerbaycan nefti 1 bahalasib +2
MƏZƏNNƏ
FOREX
/ 19 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ