Səfir: “Azərbaycan FETÖ-yə qarşı mübarizədə daim Türkiyəyə dəstək verib”

sefir azerbaycan feto ye qarsi mubarizede daim turkiyeye destek verib

“Bildiyiniz kimi, FETÖ terror təşkilatı Türkiyənin xaricində də şəbəkələşib. Türkiyə xaricində də FETÖ-ya qarşı layiqli mübarizə aparılır. Azərbaycan bu mübarizədə daim Türkiyəyə dəstək verib”.

 

APA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 15 iyul 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhdin ildönümünə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.
 
Səfir qeyd edib ki, 15 iyul çevrilişə cəhd gecəsi Azərbaycan prezidenti İlham Əliyev dərhal Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib: “Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü Türkiyənin gücüdür. Terrora qarşı mübarizədə Azərbaycanı yanımızda görməklə böyük güc hiss edirik”. 

 

Diplomat dövlət çevrilişinə cəhd zamanı 250 nəfərin şəhidlik zirvəsinə ucaldığını xatırladıb: "Həmin gecə 2000-dən artıq vətəndaşımız isə yaralanıb. O gecə çevrilişə cəhd göstərənlərin törətdikləri vəhşiliyin tayı-bərabəri yox idi. 15 iyul dönüş nöqtəsi oldu. Dövlət çevrilişinə cəhd edənlər insanlıq hisllərini itirərək, sadəcə Pensilvaniyadan əmr almaqla robot kimi hərəkət ediblər”.
 
E. Özoral qeyd edib ki, 15 iyul Türkiyə demokratiyası üçün mühüm sınaq olub: “Türkiyə vətəndaşları tək ürək, tək bədən oldu. Çevrilişə cəhd edənlər
özünü Məsih, peyğəmbər elan etmiş bir adamın qullarına çevriliblər”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:11 20 Sentyabr
23:25 19 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bank standard in kecmis rehberinin baresinde cinayet isinin istintaqi dayandirilib
    “Bank Standard”ın keçmiş rəhbərinin barəsində cinayət işinin...
  • muddetden artiq heqiqi herbi xidmete qebul olunmaq isteyenler ucun sened qebulu baslayib
    Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq istəyənlə...
muddetden artiq heqiqi herbi xidmete qebul olunmaq isteyenler ucun sened qebulu baslayib muddetden artiq heqiqi herbi xidmete qebul olunmaq isteyenler ucun sened qebulu baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0421
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ