Vyetnam lideri Azərbaycan prezidentini təbrik edib

vyetnam lideri azerbaycan prezidentini tebrik edib

Vyetnam Sosialist Respublikasının prezidenti Çan Day Kuanq İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

 

APA-nın məlumatına görə, təbrikdə deyilir:

 

“Hörmətli cənab Prezident. Böyük səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Vyetnam dövləti, xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Vyetnam Sizin müdrik rəhbərliyinizlə Azərbaycanın son vaxtlar əldə etdiyi nailiyyətləri daim müşahidə edir və buna sevinir. Əminəm ki, Sizin təcrübəniz sayəsində Azərbaycan uğurlu inkişafını davam etdirəcək, beynəlxalq arenada öz mövqeyini yüksəldəcək. Şadam ki, Vyetnam ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətləri son vaxtlar dinamik inkişaf edir. Bizim münasibətlərimizin inkişafında Sizin mühüm rolunuzu qeyd etməmək olmaz. Cənab Prezident, xalqlarımızın mənafeyi naminə iki ölkə arasında çoxtərəfli əməkdaşlığın istiqamətlərini və onun daha da inkişaf etdirilməsi tədbirlərini müzakirə etmək və razılaşdırmaq üçün Sizin Vyetnama rəsmi səfərinizi səbirsizliklə gözləyirəm. Fürsətdən istifadə edərək, Sizə və ailənizə möhkəm cansağlığı arzulamaq istərdim. Sizə öz nəcib vəzifənizdə yeni böyük uğurlar diləyirəm. Qoy, Azərbaycan xalqı Sizin rəhbərliyinizlə ölkənin inkişafı işində sanballı nəticələr əldə etsin”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:07 22 Aprel
Video
12:28 21 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goranboyda mikroavtobus vaz la toqqusub 3 nefer xesaret alib yenilenib
    Goranboyda mikroavtobus "VAZ"la toqquşub, 3 nəfər xəsarət al...
  • tbiliside enenevi cay festivali kecirilib
    Tbilisidə ənənəvi Çay festivalı keçirilib
tbiliside enenevi cay festivali kecirilib tbiliside enenevi cay festivali kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Aprel, 2018

USD
1.7
 
EUR
2.0981
 
RR
0.0279