XİN: Liviyada həbsdə olan üç Azərbaycan vətəndaşı azad olunub

xin liviyada hebsde olan uc azerbaycan vetendasi azad olunub

Liviyada həbsdə olan üç Azərbaycan vətəndaşı, Salmanov Namiq Yusif oğlu, Rəşidbəyli Mövlud Firudin oğlu və Əliyev Fərid Hüseyn oğlu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Liviyanın müvafiq qurumları ilə apardığı uzun danışıqlardan sonra 31 avqust 2017-ci ildə azad olunub.

 

XİN-nin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Türkiyə şirkətinə məxsus "Kalkanlar 1" gəmisinin ekipaj üzvü olan sözügedən vətəndaşlarımız 27 fevral 2016-cı ildən itkin düşmüş şəxslər kimi axtarışa veriliblər. Özlərinin ailələrinə etdikləri sonuncu telefon zəngində gəminin batırıldığına dair məlumat versələr də, ətraflı danışa bilməyiblər. XİN-in axtarışlarından sonra adıçəkilən şəxslərin Liviyanın Sirt şəhərində "İslamiyə qüvvələri" tərəfindən girov götürüldüyü məlum olub.
 

"Azərbaycanın Liviyada diplomatik nümayəndəliyi fəaliyyətini dayandırdığı üçün Türkiyənin Liviyadakı diplomatik nümayəndəliyinə konsulluq dəstəyi göstərməsi üçün müraciət edilib. Eyni zamanda vətəndaşlarımızın azad edilməsini təmin etmək üçün Liviyanın Azərbaycandakı səfirliyi ilə mütəmadi əsasda təmaslar davam etdirilib. Həmçinin, sözügedən vətəndaşların ailə üzvləri ilə davamlı olaraq XİN-nin Konsulluq İdarəsində görüşlər keçirilib, narahatlıqları dinlənilib və atılan addımlar barədə məlumat verilib.

 

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşlarımızın girovluqdan azad edilməsi və dövlət orqanlarının nəzarətində olan əraziyə gətirilməsi təmin olunub. Onlara qarşı Liviya ərazisindən qanunsuz şəkildə dizel yanacağının çıxarılması ilə büdcəyə külli miqdarda ziyan vurmaq barədə ittihamlar irəli sürülüb.

 

Bu əsnada Türkiyənin Liviyadakı diplomatik nümayəndəliyindən təcridxanaya baş çəkib Azərbaycan vətəndaşlarının saxlanma şəraiti ilə maraqlanması xahiş olunub. Onların ailə üzvləri ilə telefonla əlaqə saxlaması təmin olunub. Bununla yanaşı, XİN Liviyanın Azərbaycandakı səfirliyi vasitəsilə ittiham aktının təqdim olunmasını və konsulluq yardımının göstərilməsini tələb edib.

 

2 sentyabr 2017-ci ildə vətandaşlarımız Liviyadan Türkiyənin İstanbul şəhərinə gətirilib və İstanbuldakı Baş konsulluğumuz tərəfindən onlar üçün sərhəd keçmə sənədləri hazırlanıb və təyyarə ilə Bakıya yola salınıblar.

 

Bu xüsusda göstərdiyi dəstəyə görə qardaş Türkiyənin Liviyadakı diplomatik nümayəndəliyinə, Bakıdakı səfirliyinə və Türkiyə Xarici İşlər Nazirliyinə dərin təşəkkürümüzü bildiririk", - deyə nazirliyin açıqlamasında bildirilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:09 25 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bsu rektoru beynelxalq mukafata layiq gorulub
    BSU rektoru beynəlxalq mükafata layiq görülüb
  • allahsukur pasazade azerbaycan iraqin simalinda kecirilen referenduma qarsidir
    Allahşükür Paşazadə: “Azərbaycan İraqın şimalında keçirilən...
allahsukur pasazade azerbaycan iraqin simalinda kecirilen referenduma qarsidir allahsukur pasazade azerbaycan iraqin simalinda kecirilen referenduma qarsidir +2
MƏZƏNNƏ
FOREX
/ 25 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0296
 
RR
0.0295
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ