XƏBƏR LENTİ

07:54 18 Noyabr
TOP 5

Azərbaycanın gələcək durumu indeksi üzrə tədqiqatın təqdimatı keçirilib

azerbaycanin gelecek durumu indeksi uzre tedqiqatin teqdimati kecirilib
Bakı. Rəşad Süleymanov - APA. Strateji Araşdırmalar Mərkəzində (SAM) Azərbaycan Futuroloq Cəmiyyəti tərəfindən “Minilliyin layihəsi” ilə birgə SAM, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və AMEA-nın dəstəyi ilə ilk dəfə hazırlanmış Azərbaycanın gələcək durumu indeksi üzrə (AZ-SOFI) tədqiqatın təqdimatı keçirilib. APA-nın məlumatına görə, tədbirdə bildirilib ki, AZ-SOFI indeksi ölkənin gələcək 10 ildə (2011-2020) inkişaf perspektivlərini müəyyən edən indeksdir. Bu indeks son 20 ildə ölkədə inkişaf templəri və aparılan islahatlar əsasında müəyyənləşdirilir.

Təqdimatda çıxış edən “Minilliyin layihəsi”nin direktoru Cerom Kleyton Qlenn bildirib ki, layihə çərçivəsində cari ilin oktyabrında sorğu keçirilib. Bu sorğuda 13 ölkədən 101 ekspert iştirak edərək ölkənin inkişafına təsir göstərən mühüm 24 hadisə haqqında öz fikirlərini bölüşüblər. Həyata keçirilən tədqiqatlara görə, Azərbaycanda geniş zolaqlı internetdən faydalanma fiber-optik kabel istifadəsi nəticəsində 100 faiz yaxşılaşıb. Azərbaycanın yeni peykinin 2013-cü ildə kosmosa buraxılması, informasiya-kommunikasiya texnologiyaları sahəsində gəlirləri ən azı 30 faiz artıracaq. Azərbaycan Dünya Ticarət Təşkilatına daxil olacaq və bu, ərzaq təhlükəsizliyində və kənd təsərrüfatı müəssisələrinin fəaliyyətinə müsbət təsir göstərəcək. Ölkədə urbanizasiya prosesinin güclənməsi əhalinin sürətlə artmasına, bununla da ekoloji və sosial problemlərə yol açır. Azərbaycanda yoxsulluq həddində yaşayan vətəndaşların sayı 12-15 faiz və ya daha aşağı səviyyədə qalacaq. Orta məktəbləri bitirənlərin ən azı 30 faizi ali təhsil müəssisələrinə qəbul olacaq.

Tədbirdə çıxış edən Prezident Adminstrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin sektor müdiri Fərhad Məmmədov bildirib ki, proqnozlar Azərbaycanın inkişafının müsbət istiqamətdə getdiyini göstərir. Araşdırma aparılarkən ölkənin coğrafi mövqeyi, iqtisadi və əhali potensialı, elmi ictimaiyyətinin mövqeyi hərtərəfli nəzərə alınıb. F. Məmmədov bildirib ki, müharibə olmasaydı, Azərbaycanın bu indeksdə mövqeyi daha yüksək olardı.

Qeyd edək ki, Azərbaycan Gələcək Durumu İndeksi iki dildə (Azərbaycan və ingilis dili) çap edilib və onun ilk nüsxəsi Azərbaycan prezidenti İlham Əliyevə təqdim olunub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • ozbekistan mudafie naziri azerbaycan silahli quvvelerinin herbi akademiyasinda olub
    Özbəkistan müdafiə naziri Azərbaycan Silahlı Qüvvələrinin Hə...
  • bakida yol qezasi bas verib 3 nefer xesaret alib
    Bakıda yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
bakida yol qezasi bas verib 3 nefer xesaret alib bakida yol qezasi bas verib 3 nefer xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 18 Noyabr, 2017

USD
1.7002
 
EUR
2.007
 
RR
0.0285