Bakıda benzin və dizel yanacağının istehsalı artıb

Bakıda benzin və dizel yanacağının istehsalı artıb
# 08 may 2018 08:20 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Bakıda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 712,9 mln. manat olub.

Bakı şəhər Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 0,6% azalıb.

Bu ilin üç ayında neft məhsullarından avtomobil benzininin istehsalı 0,4% artaraq 307,6 min ton təşkil edib. Bu müddət ərzində ağ neftin istehsalı 5,5% azalaraq 140,5 min ton olub.

Yanvar-mart aylarında paytaxtda yanacaq mazutunun istehsalı 89,9% azalaraq 19,7 min ton olub. Bu müddət ərzində sürtgü yağlarının istehsalı 40,5% artaraq 5,2 min ton olub.

Bu ilin yanvar-mart aylarında paytaxtda dizel yanacağının istehsalı 6,4% artaraq 477,8 min ton, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 10,6% artaraq 57,6 min ton, neft bitumunun istehsalı 3,4 dəfə artaraq 58,8 min ton olub.

Bu ilin üç ayında neft koksunun istehsalı 53,3% artaraq 63,6 min ton təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR