Deputat: “İşğaldan azad edilmiş torpaqların bərpası ilə bağlı 3-4 il məşğul olmalıyıq”

Deputat: “İşğaldan azad edilmiş torpaqların bərpası ilə bağlı 3-4 il məşğul olmalıyıq”
# 26 noyabr 2020 12:06 (UTC +04:00)

“Dekabrın 4-də əmanətlərin sığortalanması ilə bağlı qəbul etdiyimiz qanunun vaxtı bitəcək”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, sabah İqtisadi Şuranın iclasının keçiriləcəyi barədə məlumat alıb: “Baş nazirdən xahiş edirəm ki, bununla bağlı çıxış etsin və müddət uzadılsın. Bizim hazırda büdcəni qəbul etməyimiz də gecikir. İşğaldan azad edilmiş torpaqların bərpası ilə bağlı hələ 3-4 il məşğul olmalıyıq. Pandemiyanın da sürətlə yayılmasını nəzərə almalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR