Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim edilib - FOTO - YENİLƏNİB

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim edilib - FOTO  - YENİLƏNİB
# 26 aprel 2024 14:28 (UTC +04:00)

Aprelin 26-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə, yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib. Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 140 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 783 ailə, 2979 nəfərin daimi məskunlaşması təmin edilib.

***

07:21

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

APA xəbər verir ki, ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 26-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə – 140 nəfər köçürülür. Ümumilikdə Bakı şəhərindən – 25 ailə (89 nəfər); Abşeron rayonundan – 6 ailə (22 nəfər); Sumqayıt şəhərindən – 4 ailə (11 nəfər); Füzuli rayonundan – 2 ailə (11 nəfər); Gəncə şəhərindən – 1 ailə (5 nəfər); Qazax rayonundan – 1 ailə (2 nəfər) köçürülüb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Füzuli şəhərinə cəmi 783 ailə (2979 nəfər) köçürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR