Zaxarova: “Tbilisidə Qriboyedovun abidəsinə qarşı vandalizm aktından qəzəbliyik”

Zaxarova: “Tbilisidə Qriboyedovun abidəsinə qarşı vandalizm aktından qəzəbliyik”
# 02 aprel 2021 15:49 (UTC +04:00)

Tbilisinin mərkəzində rus yazıçısı və diplomatı Aleksandr Qriboyedovun abidəsinə qarşı vandalizm aktından qəzəbliyik.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova adından yayılan bəyanatda bildirilib.

“Bunu edənlərin motivləri nə olursa olsun, onların əməlinə haqq qazandırmaq olmaz. Sivil bir cəmiyyətdə belə bir hərəkət çaşqınlığa və ikraha səbəb olur. Həm Rusiya, həm də Gürcüstan tarixi üçün Aleksandr Qriboyedov şəxsiyyətinin miqyasını və əhəmiyyətini nəzərə alsaq, bu cür hərəkətlər qəbuledilməzdir. Əminik ki, ölkələrimizin vətəndaşlarının əksəriyyəti onun Rusiya və Gürcüstan xalqları arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfəni qiymətləndirməkdə həmrəydirlər. Bu hadisəni və məşhur rus jurnalist Vladimir Poznerə qarşı son təxribatı bir zəncirin halqaları hesab edirik. Bunları Gürcüstandakı ekstremist qüvvələrin Rusiya-Gürcüstan münasibətlərinin normallaşması prosesinə mane olmaq üçün hər hansı bir bəhanədən istifadə etmək cəhdi kimi görürük”, - deyə Rusiya XİN rəsmisinin bəyanatında vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR