"Ever Given" yenidən Süveyş kanalını bağlayıb

"Ever Given" yenidən Süveyş kanalını bağlayıb
# 29 mart 2021 17:12 (UTC +04:00)

"Ever Given" konteyner gəmisi yenidən Süveyş kanalını bağlayıb. Səbəb kimi axın göstərilir.

APA-Economics”in məlumatına görə, bu barədə RİA “Novosti” öz mənbəsinə istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, gəmi bərələr vasitəsi ilə bir saat ərzində yedəyə alınacaq.

Xatırladaq ki, martın 23-də Panama bayrağı altında Çindən Rotterdama gedən və göyərtəsində 20 min konteyner olan "Ever Given" gəmisi Süveyş kanalında qum fırtınası zamanı kursu itirib və saya oturub. Nəticədə kanalla hərəkət bloklanıb, 100-ə yaxın gəmi keçid gözləyir.

Bu gün bildirilmişdi ki, gəmi artıq saydan çıxarılıb və kanalla hərəkətin açılması üzrə əməliyyat başa çatıb. Kanala gəmilərin normal qaydada hərəkət etməsinin tam bərpası isə bir neçə gün çəkə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR