BOKT-ların aktivləri 800 mln. manatı ötüb

BOKT-ların aktivləri 800 mln. manatı ötüb
# 25 aprel 2024 17:48 (UTC +04:00)

2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda bank olmayan kredit təşkilatları (BOKT) 32.9 milyon manat xalis mənfəət əldə ediblər.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstərici 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə müqayisədə 2,8 dəfə və ya 21.3 milyon manat çoxdur.

Ötən il yanvra-mart aylarında BOKT-ların xalis faiz gəlirləri əvvəlki illə müqayisədə 2 dəfə artaraq 53.7 milyon manat, əməliyyat mənfəətləri isə 2.9 dəfə artaraq 41.9 milyon manat olub. Cari ilin yanvar-mart aylarında BOKT-lar 7.1 milyon manat mənfəət vergisi ödəyiblər.

2024-cü il aprel ayının 1-nə BOKT-ların aktivləri 823.3 milyon manat olub ki, bu göstərici əvvəlki illə müqayisədə 50.9% çoxdur. Aktivlərin 632.5 milyon manatı və ya 76.8%-i müştərilərə verilmiş kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 36.4% böyüyüb.

Bu dövrdə BOKT-ların öhdəlikləri illik müqayisədə 39.5% artaraq 461.9 milyon manata, balans kapitalı isə 68.5% artaraq 361.4 milyon manata yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR