Bakıda “Aqua Therm 2011” sərgisi keçiriləcək

Bakıda “Aqua Therm 2011” sərgisi keçiriləcək
# 29 sentyabr 2011 11:23 (UTC +04:00)
Bakı - APA-Economics. Bu il oktyabrın 19-22-də “Baku Expo Center” sərgi mərkəzində 3-cü beynəlxalq “İstilik, havalandırma və kondisiyalaşdırma sistemləri, su təchizatı, sanitariya, ətraf mühitin mühafizəsi texnologiyaları, üzgüçülük hovuzları və bərpa olunan enerji” (“AquaTherm Baku”) sərgisi keçiriləcək.

Sərginin əsas təşkilatçısı olan “İteca Caspian” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, “Aqua Therm” dünya şöhrətli sərgi brendidir və hər il bu brend çərçivəsində Moskva, Ukrayna, Qazaxıstan və Özbəkistanda sərgilər keçirilir.

regionun isitmə sistemləri, su təchizatı, sanitariya texnikası, havalandırma, kondisiyalaşdırma, hovuzlar, saunalar və Spa mərkəzləri üçün avadanlıqlar (HVAC) sənayesinin əsas hadisə olan

Bu il “AquaTherm Baku” sərgisi “Baku Expo Center”in ikinci zalında keçiriləcək və öz meydançasında İtaliya, Çin, Rusiya, Türkiyə, İsveç, Finlandiya və digər ölkələrin aparıcı şirkətlərini bir yerə toplayacaq. Sərgi ekspozisiyasının üçdə bir hissəsini yerli şirkətlər təşkil edir. Builki sərgini fərqləndirən cəhət ondan ibarətdir ki, hazırkı ekspozisiya sahəsi ötən il sərgidə iştirak etmiş şirkətlərin hesabına xeyli genişlənib. Beləliklə, bu il sərgidə ekspozisiya sahələrinin təqribən 40% intensiv artımı müşahidə olunub. Həmçinin bu il ekspozisiyanın 15%-ni təşkil edən debütantların sayı da artıb.

Sərgidəki məhsulların çeşid müxtəlifliyi də nəzərə çarpır. Ənənəvi isitmə sistemləri, izolyasiya materialları, saunalar, ventilyatorlar, havapaylayıcı qurğular və s. bu kimi məhsullardan başqa, ilk dəfə olaraq sərgidə kimya sənayesi üçün nəzərdə tutulmuş quru buz, portativ sobalar, soyuducu qurğular üzrə innovasiyalar, keramik membran filtrləri və bir çox digər məhsullar təqdim olunacaq. Sərgi çərçivəsində yeni məhsul və texnologiyalar təqdim edən şirkətlərin stendləri xüsusi “İnnovasiyalar ərazisi” nişanı ilə qeyd ediləcək və bunun sayəsində həmin şirkətləri həm sərgi ərazisində, həm də sərginin planında asanlıqla tapmaq mümkün olacaq.

Azərbaycan bazarını öyrənmək üçün BDH (İsitmə sistemləri) və FGK (Havalandırma, kondisiyalaşdırma və soyutma) kimi iki məşhur alman peşə assosiasiyasının nümayəndələri bu il sərgini ziyarət edəcəklər. Gələn il bu assosiasiyalar sərgidə iştirak etməyi və layihədə səmərəli iştirak etmək istəyən assosiasiya üzvlərinə hərtərəfli dəstək göstərməyi planlaşdırırlar.

Beləliklə, sərgi inşaat və HVAC peşəkarlarının bir araya gələrək görüşməsi, habelə Xəzər və Qafqaz bazarlarında işgüzar fəaliyyətin təşviq edilməsi, yeni tərəfdaş axtarışı, bazarın təhlili və yekun istehlakçı ilə səmərəli iş üçün lazımi şərait yaradır. Tədbirin təşkilatçıları “İteca Caspian”, “Fin-mark Srl.”, “İTE Group plc” şirkətləridir.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR