Türkiyədə Səməd Vurğunun yubileyi ilə bağlı tədbirlər keçiriləcək

Türkiyədə Səməd Vurğunun yubileyi ilə bağlı tədbirlər keçiriləcək
# 11 noyabr 2016 13:51 (UTC +04:00)

Xalq şairi Səməd Vurğunun anadan olmasının 110 illiyi münasibətilə İstanbul və Ankarada yubiley tədbirləri keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, xatirə tədbirləri nazirliyin, TÜRKSOY və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı baş tutacaq. Yubiley tədbirləri çərçivəsində kitab və foto-sərgi, beynəlxalq elmi konfrans və şairin şeirlərindən ibarət bədii hissə keçiriləcək.

Noyabrın 14-də İstanbulda 36-cı İstanbul beynəlxalq kitab sərgi yarmarkasında Azərbaycan ekspozisiyasının önündə Səməd Vurğunun 110 illik yubileyi, noyabrın 15-də Ankarada TÜRKSOY-un iqamətgahında beynəlxalq elmi konfrans, kitab sərgisi və Milli Kitabxnanın nəşri olan “S.Vurğun. Biblioqrafiya” kitabının təqdimatı, noyabrrın 17-də isə Türkiyə Milli Kitabxanasında kitab, foto sərgi və biblioqrafiyanın təqdimat mərasimi keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR