Rusiyada zəncirvari yol qəzası nəticəsində 3 nəfər ölüb, 23 nəfər xəsarət alıb

Rusiyada zəncirvari yol qəzası nəticəsində 3 nəfər ölüb, 23 nəfər xəsarət alıb
# 05 yanvar 2017 03:38 (UTC +04:00)

Rusiyanın Altay diyarında ağır yol qəzası baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Kosixinskiy rayonunun Ukrayinskiy kəndi ərazisində qeydə alınıb.

“LAZ” və “Higer” sərnişin avtobusu, “Qazel” yük maşını və “Audi Q7” markalı minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər hadisə yerində ölüb, 23 nəfər yaralanıb. Xəsarət alanlardan 15-i xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə 100-dən çox xilasedici və 29 ədəd texnika cəlb edilib. Qəza ilə əlaqədar Altay federal avtomagistralı 5 saat bağlı qalıb. İnsidentin səbəbləri müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR