Hindistanın tanınmış aktyoru Om Puri ölüb

Hindistanın tanınmış aktyoru Om Puri ölüb
# 06 yanvar 2017 07:01 (UTC +04:00)

Hindistanın tanınmış aktyoru Om Puri ölüb.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, aktyor yanvarın 5-də Mumbayda 66 yaşında vəfat edib. Ailə üzvləri Om Purinin ürək tutmasından öldüyünü bildirib.

Aktyor kimi 80-ci illərdən karyeraya başlayan sənətçi Hind filmlərində əsas obrazlarda çıxış edib. O, “Yürüş”, “Yaralıların fəryadı”, “Cərəyan”, “Canavar”, “Şərq Şərqdir”, “Şifrə 46” və s. filmlərdə əsas obrazları yaradıb.

Om Puri çoxsaylı ingilis filminə də çəkilib və 2004-cü ildə Britaniya kino sənayesinə verdiyi töhfələrə görə OBE kino mükafatına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR