Bank Of Baku

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
# 07 may 2024 18:29 (UTC +04:00)

İngiltərə Premyer Liqasında çıxış edən “Nottingem Forest”in 4 xalı silinib.

Apasport.az xəbər verir ki, buna komandanın maliyyə “feyr-pley” qaydalarına əməl etməməsi səbəb olub.

Qərardan apellyasiya şikayəti verən klub rəhbərliyinin etirazı qəbul edilməyib.

Daha əvvəl eyni səbəbdən “Everton”un aktivindən 10 xal silinsə də, Liverpul təmsilçisinin etirazından sonra 4 xal geri qaytarılmışdı.

Qeyd edək ki, hazırda “Nottingem Forest” 29 xalla 17-ci pillədə qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR