Prokuror QHT sədrinə 13 illik həbs cəzası istəyib

Prokuror QHT sədrinə 13 illik həbs cəzası istəyib
# 12 yanvar 2017 08:44 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyuq silah gəzdirməkdə təqsirləndirilən “Yeni Sabah” Qeyri-Hökumət Təşkilatının sədri İlqar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror İlqar Əliyevə 13 il həbs cəzası istəyib.

Məhkəmə prosesi yanvarın 24-də davam etdiriləcək.

Ötən il Moskva-Bakı aviareysi ilə Bakıya gələn Azərbaycan vətəndaşı Əliyev İlqar Talışxan oğlu gömrük nəzarətindən keçərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən onun baqajına rentgen aparatı vasitəsi ilə baxış keçirilib və monitorda metal əşyaların təsvirləri əks olunduğuna görə təkrar yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı sərnişin İ. Əliyevə məxsus çamadanda olan şəxsi əşyaların arasından əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan, elektron, kağız üzərində yazılı və ya şifahi formada bəyan edilməyən, metaldan hazırlanmış 7 ədəd müxtəlif ölçülü və formalı bıçaqlar, 1 ədəd beşguşəli, itibucaqlı ulduz formalı predmet, 1 ədəd kameralı qələm və 1 ədəd kameralı eynək aşkar olunaraq protokol əsasında götürülüb.

İ. Əliyev izahatında “Yeni Sabah” Qeyri-Hökumət Təşkilatının sədri olduğunu və həmin əşyaları Tailandın Pattaya şəhərində olarkən mağazadan aldığını bildirib.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən bıçaqlardan 5-i soyuq silah, 1 ədəd eynək və 1 ədəd qələm isə mövcud ola biləcək məlumatları izləmək, dinləmək, köçürmək, pozmaq, əlavə etmək kimi funksiyalara malikdir və onlar gizli yolla informasiya əldə etmək üçün nəzərdə tutulmuş əşyalar hesab olunub.

İlqar Əliyev saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR