Bakıda yaşayış evinə silahlı basqın olub

Bakıda yaşayış evinə silahlı basqın olub
# 12 yanvar 2017 09:13 (UTC +04:00)

Bakıda yaşayış evinə silahlı basqın olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 10-da rayon ərazisində yaşayan Elmir Hümbətzadənin evində bıçaq və silaha bənzər əşya ilə onu hədələyib oradan 450 manat, 2 ədəd mobil telefon və 3 noutbuk aparmaqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Nahid Eyvazov və Elman Sadıqov tutulublar.

N.Eyvazovdan hadisəni törədərkən istifadə etdiyi "Zoraki Mod-914"markalı pnevmatik tapança, 8 ədəd patron və 1 ədəd bıçaq götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR