İtaliyanın iqtisadiyyat naziri gələn həftə Azərbaycana səfər edəcək

İtaliyanın iqtisadiyyat naziri gələn həftə Azərbaycana səfər edəcək
# 18 fevral 2017 11:22 (UTC +04:00)

İtaliyanın iqtisadiyyat naziri Karlo Kalenda gələn həftə Azərbaycana səfər edəcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) “APA-Economics”ə verilən məlumata görə, fevralın 23-də İtaliyanın iqtisadiyyat naziri Karlo Kalendanın rəhbərlik etdiyi biznes nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçiriləcək.

Biznes-forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 15-dən artıq İtaliya şirkətinin iştirakı nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR