Azərbaycanlı milyarder ötən il 580 mln. dollarlıq dividend əldə edib

Azərbaycanlı milyarder ötən il 580 mln. dollarlıq dividend əldə edib
# 22 fevral 2017 11:22 (UTC +04:00)

"Lukoil" şirkətinin Azərbaycan əsilli strateji səhmdarı və prezidenti olan Vahid Ələkbərov ötən il 580 mln. dollar məbləğində gəlir əldə edib.


"APA-Economics" "Forbes" jurnalına istinadən xəbər verir ki, bu gəlir "Lukoil" şirkətinin dividendlərinin bölgüsü nəticəsində əldə olunub.


Qeyd edək ki, "Lukoil" 2016-cı ildə iki dəfə ümumi məbləği 159 mlrd. rubl məbləğində dividendin bölgüsünü həyata keçirib. Bu məbləğdən 36 mlrd. rublu V. Ələkbərov əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR