Bərdədə orta məktəbin həyətində tank mərmisi tapılıb

Bərdədə orta məktəbin həyətində tank mərmisi tapılıb
# 23 fevral 2017 15:20 (UTC +04:00)

Bərdə rayonunda tank mərmisi aşkarlanıb.

ANAMA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Mirzəalıbəyli kənd orta məktəbinin həyətinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (125 mm-lik tank mərmisi (OF-26) aşkar edilərək göturülüb.

Əməliyyat FHN-in Böhran Vəziyyətlərində İdarəetmə mərkəzi və DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatları əsasında keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR