Türkiyənin İqtisadiyyat Nazirliyi "Petkim"in şikayətini təmin edib

Türkiyənin İqtisadiyyat Nazirliyi "Petkim"in şikayətini təmin edib
# 24 fevral 2017 10:17 (UTC +04:00)

SOCAR-ın Türkiyədəki aktivi olan "Petkim Petrokimya Holding A. Ş" bu ölkənin İqtisadiyyat Nazirliyinə ünvanlayıb. "APA-Economics" "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, Türkiyənin yeganə yerli tekstil, qablaşdırma üçün xammal istehsalçısı İspaniya, Belçika və Cənubi Koreyadan idxaldan narazıdır.

Nazirliyə daxil olan şikayətdə qeyd edilib ki, adları yuxarıda qeyd edilən ölkələrdən daxil olan ucuz xammal "Petkim"in fəaliyyətinə çətinliklər törədir. "Antidempinqin təzyiqi nəticəsində "Petkim" zərərlə üzləşib. Tama gücümüzlə işləsək də, istehsal istənilən səviyyəyə çatmayıb. Bunun isə bir səbəbi var: ölkəyə İspaniya, Belçika və Cənubi Koreyadan ucuz xammal idxal olunur".

İdxalda Haqsız Rəqabətin Qiymətləndirilməsi Qurumunun apardığı araşdırmadan sonra məlum olub ki, həqiqətən də adıçəkilən ölkələrdən Türkiyəyə bəzi növ xammalın idxalı artıb. Bu ölkələrin Türkiyə bazarındakı payı da artıb. Məlumatda deyilir ki, "Petkim"in istehsalı və ölkədaxili satışın həcmi artsa da, holdinq qiymət təzyiqi ilə üzləşib.

Nəticədə İspaniya, Belçika və Cənubi Koreyadan idxal edilən xammala dair araşdırmalara başlanılıb. Artıq həmin ölkələrin Türkiyədəki səfirliklərinə bildiriş də göndərilib. Tərəflər sorğunu 37 gün ərzində cavablandırmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR