Gürcüstanın daxili işlər naziri Azərbaycan Sərhəd Qoşunlarının komandanını qəbul edib

Gürcüstanın daxili işlər naziri Azərbaycan Sərhəd Qoşunlarının komandanını qəbul edib
# 28 fevral 2017 08:13 (UTC +04:00)

Gürcüstanın daxili işlər naziri Georgi Mqebrişvili ölkədə işgüzar səfərdə olan Azərbaycanın Sərhəd Qoşunları komandanı, general-polkovnik Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın Gürcüstan bürosunun DİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, E. Quliyev əvvəlcə Gürcüstan Sərhəd Xidmətinin rəisi, sonra Gürcüstanın daxili işlər naziri ilə görüş keçirib. Görüşdə iki ölkə arasında sərhədlərin mühafizəsi və təhlükəsizliyin təmin edilməsi məsələləri müzakirə olunub. Gürcüstan və Azərbaycan arasındakı sərhəd xəttinin delimitasiyası da müzakirə edilib. Qərara alınıb ki, yaxın vaxtlarda sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərinin həlli istiqamətində iki ölkənin sərhəd qurumları arasında əməkdaşlığın daha da gücləndirilməsi haqqında memorandum işlənib hazırlansın.

Gələcəkdə həyata keçiriləcək layihələr, sərhəd infrastrukturunun müasir standartlara cavab verməsi və tərəflər arasında gələcək əməkdaşlığın perspektivləri də diqqət mərkəzində olub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR