ATV-nin yayımı bərpa olunub - YENİLƏNİB

ATV-nin yayımı bərpa olunub - <span style="color: red;">YENİLƏNİB
# 06 mart 2017 16:50 (UTC +04:00)

“Azad Azərbaycan” Televiziyasının (ATV), 106 və 106.3 FM radiolarının yayımı bərpa olunub.

APA-nın xəbərinə görə, ATV telekanalı, 106 və 106.3 FM radioları əvvəlki qaydada fəaliyyətini davam etdirir.

*** 19.10

“Azad Azərbaycan” Televiziyası (ATV) yayımında yaranan problemə münasibət bildirib.

Telekanaldan APA-ya verilən məlumata görə, 38 saylı ATS tərəfindən görülən profilaktik tədbir zamanı qəza baş verib, nəticədə kanalın və FM radiolarının yayım üçün çıxış rolu oynayan kabelləri yanlışlıqla zədələnib.

“Aidiyyəti qurumlardan verilən məlumata görə ən qısa zamanda problem aradan qaldırılacaq və yayımlar bərpa olunacaq”, - deyə bildirilib.

O da qeyd olunub ki, ATV telekanalı ilə yanaşı 106 və 106.3 FM radiolarının yayımı da dayanıb.

***

saat 18.55

“Azad Azərbaycan” Televiziyasının (ATV) yayımında problem yaranıb.

APA-nın xəbərinə görə, telekanalın yayımı bir neçə dəqiqə əvvəl dayanıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleradio İB) baş direktoru Əflatun Şərifov APA-ya faktı təsdiqləyərək bildirib ki, ATV telekanalından Teleradio İB-yə siqnal daxil olmadığı üçün ATV nə rəqəmsal, nə də peykdə yayımlanır.

“Əgər problem bizim tərəfimizdən olsaydı, yerdə qalan digər telekanalların da yayımı dayanardı. Yalnız ATV telekanalından bizə siqnalı daxil olmur. Siqnal bizə daxil olmalıdır ki, biz onu həm rəqəmsala, həm peykə verə bilək. Digər telekanallar normal qaydada yayımlanır. Yaxşı olardı ki, ATV telekanalı bu məsələyə aydınlıq gətirsin”, - deyə baş direktor qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR