Düsseldorf vağzalında naməlum şəxs balta ilə 5 nəfəri yaralayıb

Düsseldorf vağzalında naməlum şəxs balta ilə 5 nəfəri yaralayıb
# 09 mart 2017 23:15 (UTC +04:00)

Almaniyanın Düsseldorf şəhərinin vağzalında naməlum şəxs balta ilə 5 nəfərə xəsarətlər yetirib. APA-nın “Bild”-ə istinadən verdiyi xəbərə görə, insidentdən sonra polis iki nəfəri saxlayıb.

Hücum edən şəxsin kimliyi və əməlinin motivləri hələlik açıqlanmır.

Hazırda qatarların hərəkəti dayandırılıb. Digər təfərrüatlar açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR