Qaxda 3 ulduzlu otel və tütün emalı müəssisəsi tikiləcək

Qaxda 3 ulduzlu otel və tütün emalı müəssisəsi tikiləcək
# 15 mart 2017 07:18 (UTC +04:00)

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qax rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.


Nazirlikdən “APA-Economics”ə verilən xəbərə görə, SKMF Qax rayonunda işgüzar forum keçirib.

Sahibkarlardan iri fermer, bağçılıq (fındıq, qoz, şabalıd), cins heyvandarlıq, intensiv tütünçülük və arıçılıq təsərrüfatlarının, quru tütün saxlanılması üçün anbar, tütün emalı və 3 ulduzlu otelin yaradılması istiqamətində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR