Birinci mikrorayonda tikiləcək yeni mənzillərə 1729 ailə köçürüləcək

Birinci mikrorayonda tikiləcək yeni mənzillərə 1729 ailə köçürüləcək
# 15 mart 2017 09:55 (UTC +04:00)

"İlkin məlumata görə, 1729 ailənin 1-ci mikrorayonda tikiləcək yeni mənzillərə köçürülməsi nəzərdə tutulub".

APA-nın xəbərinə görə, bunu FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyib. Onun sözlərinə görə, yeni tikiləcək binaların sayı 30-u keçməyəcək və binalar 1-2 bloklu olacaq.

E. Əsədov qeyd edib ki, tikinti işləri 29 hektar ərazini əhatə edəcək, ərazidəki yeni binalar isə sökülməyəcək.

Onun sözlərinə görə, 1-ci mikrorayonda söküləcək binaların sayı 34-dür, bunlardan 29-u 5 mərtəbə, 4-ü 9 mərtəbə, 1-i isə 16 mərtəbədir. 16 mərtəbənin sökülüb-sökülməyəcəyi hələ dəqiqləşməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR