Ukrayna Rusiya banklarına qarşı sanksiyalar tətbiq edib

Ukrayna Rusiya banklarına qarşı sanksiyalar tətbiq edib
# 16 mart 2017 14:12 (UTC +04:00)

Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyanın beş dövlət bankına qarşı sanksiyaların tətbiqi haqqında fərman imzalayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, müvafiq fərmana əsasən 1 illik sanksiyalar “Sberbank”, “VTB”, “BM Bank”, “Prominvestbank” və “VS Bank”ın Ukraynadakı strukturlarına şamil edilir.

Yerli maliyyə qurumlarına sözügedən banklarla əlaqəli olan şəxslərin xeyrinə ölkədən kapitalın çıxarılmasına qadağa qoyulub.

Buna cavab olaraq Rusiya parlamenti rəsmi Kiyevin müvafiq qərarına qiymət verilməsi üçün Avropa strukturlarına müraciət edəcək.

Qeyd edək ki, bir neçə gün öncə “Sberbank”ın Kiyev ofisinin girişini radikal gənclər tərəfindən beton bloklarla bağlanılıb, həyətə giriş qumla dolu kisələrlə məhdudlaşdırılıb, binanın üzərində isə Rusiya əleyhinə şuarlar yazılıb. Bankın əməkdaşları isə Ukrayna prezidentini yaranmış durumla əlaqədar təcili tədbirlər görməyə çağırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR