Məleykə Abbaszadə: “Tarif Şurasına imtahan qiymətləri ilə bağlı bir neçə layihə təqdim etmişdik”

Məleykə Abbaszadə: “Tarif Şurasına imtahan qiymətləri ilə bağlı bir neçə layihə təqdim etmişdik”
# 17 mart 2017 09:39 (UTC +04:00)

”Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarının qiymətləri ilə bağlı Tarif Şurasına bir neçə layihə təqdim etmişdi”.

APA-nın xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, Tarif Şurasının təsdiqlədiyi qiymətlər DİM-in təklifləri arasından seçilib. O, imtahanların təşkili üçün sərf olunan maliyyə vəsaitinin DİM-in hesabında əvvəlcədən olduğunu deyib: “Biz müəyyən məbləği hökumətdən gözləyirik. Bu məbləğlə əlaqədar hökumətə o zaman müraciət edə bilərik ki, prezidentin sərəncamı ilə dövlət hesabına qəbul imtahanlarında pulsuz iştirak edəcək abituriyentlərin sayını bilək. Sənəd qəbulu bitdikdən sonra biz hökumətə müraciət edəcəyik ki, bu sayda abituriyentin pulu ödənməlidir. Əminliklə deyə bilərik ki, imtahanın keyfiyyəti dəyişməyəcək. İmtahan yenə də həmişəki keyfiyyətlə, bəlkə də daha yaxşı keçiriləcək. Amma gələn il pulun bizə necə və nə qədər daxil olduğunu bildikdə imtahanın aparılma şəraitini, keyfiyyətini daha da yaxşılaşdıra biləcəyik”.



#
#

ƏMƏLİYYAT İCRA OLUNUR