İqtisadiyyatda işləyənlərin sayı və əmək haqqının həcmi açıqlanıb

İqtisadiyyatda işləyənlərin sayı və əmək haqqının həcmi açıqlanıb
# 17 mart 2017 13:15 (UTC +04:00)

Bu il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 510,4 min nəfər olub, onlardan 883 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 627,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.


Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, muzdla işləyənlərin 22,2%-i təhsil, 19,4%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9%-i sənaye, 8,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 6%-i tikinti, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i peşə, elmi və texniki fəaliyyət, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 10,9%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Bu ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,1% artaraq 504,8 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, tikinti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR