İspaniyada balıqçı qayığı gəmi ilə toqquşub, itkin düşənlər var

İspaniyada balıqçı qayığı gəmi ilə toqquşub, itkin düşənlər var
# 20 mart 2017 19:24 (UTC +04:00)

Barselona yaxınlığında balıqçı qayığı Rusiyaya məxsus ticarət gəmisi ilə toqquşub.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində qayıq batıb, iki nəfər itkin düşüb, daha iki nəfər xilas edilib.

İnsidentin səbəbləri barədə məlumat verilmir.

Hazırda xilasedicilər itkin düşənlərin axtarışlarını davam etdirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR