Bank Of Baku

Ukraynada Rusiya Dövlət Dumasının sabiq deputatı öldürülüb

Ukraynada Rusiya Dövlət Dumasının sabiq deputatı öldürülüb
# 23 mart 2017 11:50 (UTC +04:00)

Bu gün Kiyevdə atışma zamanı Rusiya Dövlət Dumasının sabiq deputatı Denis Voronenkov ölüb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ukrayna Daxili İşlər Nazirliyinin Kiyev Baş İdarəsinin rəisi Andrey Krişenok bildirib.

 

Bir saat əvvəl “Premier Palace” oteli yaxınlığında atışma zamanı iki nəfər yaralanıb, D. Voronenkov isə ölüb. Polis D. Voronenkovun qətlini sifariş sayır.

 

Öldürülən eks-deputat müxtəlif ittihamlarla axtarışa verilib, sonradan onun ailəsi ilə birgə Ukraynaya köçdüyü məlum olub. Voronenkov Rusiya hakimiyyətinə qarşı sərt mövqedə olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR