Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri bir həftə ərzində təxminən 5000 Ukrayna dronunu vurub.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya Hava Hücumundan Müdafiə sistemləri son bir həftədə 10 “Flamingo” qanadlı raketini, üç “Neptun-MD” raketini və 4975 Ukrayna təyyarə tipli dronunu vurub.
Rusiya MN son həftədə Rusiya ordusunun Ukrayna hərbi-sənaye kompleksi müəssisələrinə və hərbi aerodromlarına yüksəkdəqiqlikli və zərbə dronları ilə genişmiqyaslı və altı qrup hücumu həyata keçirdiyini də açıqlayıb.