Gəncədə qadın sirkə turşusundan zəhərlənib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 1982-ci il təvəllüdlü Gülnar Cəfərova sirkə turşusundan zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, qadın intihar etmək üçün sirkə turşusu içib.
Faktla bağlı araşdırma aparılır.