Yaponiyanın baş naziri Avropanın bir neçə ölkəsinə səfərini ləğv edib

Yaponiyanın baş naziri Avropanın bir neçə ölkəsinə səfərini ləğv edib
# 21 aprel 2017 03:56 (UTC +04:00)

Yaponiyanın baş naziri Sindzo Abe Avropanın bir neçə ölkəsinə səfərini ləğv edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, S.Abe Avropa turnesi çərçivəsində yalnız Rusiya və Böyük Britaniyaya səfər edəcək.

Baş nazirin Rusiya, Böyük Britaniya, Norveç, Danimarka, Finlandiya və İsveçə səfərləri planlaşdırılmışdı.

Səfər qrafikində ixtisar etmək qərarı Koreya yarımadasında vəziyyətin gərginləşməsi ilə əlaqədardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR